15:26 şənbə, 20 Yanvar 2018
İDMAN

"Real Madrid" Beyl və Kroosu verib, Neymarı alacaq - İDDİA

13:17, 13.11.20171806

"Real"ın Neymarı heyətinə qatmaq istəyi ilə bağlı yeni xəbər yayılıb.

"Kral Klubu"nun braziliyalı ulduza qarşılıq iki futbolçusunu PSJ-yə təklif edəcəyi deyilir.

"Don Balon"un iddiasına görə, "Real"ın prezidenti Florentino Peres Neymarın transferi üçün Toni Kroos və Qaret Beyli Paris klubuna vermək niyyətindədi. PSJ 222 milyon avroya aldığı braziliyalı üçün 450 milyon avro tələb edir. "Real" bu iki ulduzunu qarşı tərəfə verməklə bu məbləği azaltmaq niyyətindədi.

 

Qeyd edək ki, "Real" Qaret Beyli 101, Toni Kroosu 25 milyon avroya alıb.

///fanat.az
0
XƏBƏR LENTİ