22:59 Bazar Ertəsi, 24 Sentyabr 2018
İDMAN

"Real" ulduzunu "Mançester Siti"yə satır - 85 milyona

15:08, 29.03.20184164
"Real"ın ulduzu İskonun yeni klubu müəyyənləşib.
 
AZXEBER.COM Fanat.Az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Mançester Siti"də davam etdirəcək.

İddialara görə, artıq klublar transferi razılaşdırıb. "Mançester Siti"nin "Real"a 75 milyon funt-sterlinq (təxminən 85 milyon avro) ödəyəcək. İngiltərə klubu futbolçunun özü ilə də müqavilə detallarını razılaşdırıb.

İsko "Real"da yetərincə forma şansı qazanmadığı üçün komandanı tərk etmək qərarına gəlib. İspaniya millisi ilə Argentinanı 6:1 hesabı ilə yendikləri matçda 3 qol vuran futbolçu oyundan sonra vediyi açıqlamada "Mənə şans veriləndə nələr edə biləcəyimi göstərdim. Amma Zinəddin Zidan mənə güvənmir. Onun etimadını necə qazanacağımı bilmirəm" demişdi. Cari mövsümdə 40 rəsmi oyuna çıxan İsko 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
XƏBƏR LENTİ