06:11 Bazar Ertəsi, 14 Oktyabr 2019
İDMAN

"Real"dan Mbappe üçün fantastik məbləğ

21:56, 19.09.20195988
"Real" PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədi.

AZXEBER.COM fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu" 20 yaşlı futbolçu üçün 225 milyon avro ödəməyə hazırdı. 50 milyon avro bonusla bu məbləğ 275 milyon avroya yüksələ bilər.

Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Keçid reallaşsa, bu tarixin ən böyük transferi olacaq. Əvvəlki rekord transfer göstəricisi PSJ-yə aiddi. Klub 2017-ci ildə "Barselona"dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.
XƏBƏR LENTİ