09:29 Cümə, 19 Oktyabr 2018
İDMAN

"Real"ın 750 milyon istədiyi futbolçunun transferi reallaşır

21:53, 05.08.20185556
"Real" sərbəst qalma qiymətini 750 milyon avro müəyyənləşdirsə də, Luka Modriçin "İnter"ə transferi reallaşmaq üzrədi.

Bu öarədə İtaliyada yayımlanan "Il Giornale" məlumat yayıb.

Xəbərdə bildirilir ki, "İnter" Modriçi bir illik icarəyə götürərək 15 milyon avro ödəmək niyyətindədi. Gələn yay isə italyanlar 25 milon avro ödəyərək onun transfer hüququnu almaq istəyirlər. Beləliklə, xorvat futbolçunun transferi 40 milyon avroya başa gələcək.

Amma "Real"ın prezidenti Florentino Peres bu təklifi bəyənməyib. Klub rəhbəri icarə haqqı olaraq 25 milyon avro istəyir. Gələn yay isə 35 milyon avro ödənilmək şərti ilə transfer hüququnu satmağa razıdı.

Məlumata görə, hazırda tərəflər arasında danışıqlar davam edir. Modriçin özünün də İtaliyaya getmək istədiyi bildirilir.
 
///Qaynarinfo
XƏBƏR LENTİ