12:58 çərşənbə Axşamı, 14 Avqust 2018
İDMAN

"Real"ın keçmiş prezidenti: ”Ronaldonu satmaq tarixi səhvdir”

14:25, 16.07.20184203
"Real" klubunun keçmiş prezidenti Ramon Kalderon Ronaldunun "Yuventus" klubuna transferinə təəssüfləndiyini bildirib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, keçmiş prezident madridlilərin bu addımını tarixi səhv kimi dəyərləndirib. "Çox təəssüf ki, Ronaldonu satdılar. Bu futbolçu "Real" klubunun inkişafnda əvəssiz rol oynadı. Onu "Mançester Yunayted" dən almaq mənə heç də asan başa gəlməmişdi. Mançester klubu belə bir hücumçunu əldən vermək istəmirdi.

Ronaldunun transferi uzun və çətin danışıqlardan sonra mümkün olmuşdu. İndi isə "Real" onu 100 milyona satır. Bir mövsümdə 60 qol vuran hücumçunu 100 milyona satmaq düşünülməmiş bir addımdır. Hətta bir milyard təklif etsələr belə, Kriştianu Ronaldunun transferi tarixi səhvdir",-deyə Kalderon bildirib.
XƏBƏR LENTİ