22:54 Cümə, 19 Yanvar 2018
GƏNCLİK

“Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı lahiyə keçirildi

10:47, 14.12.2017367
“Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı lahiyə keçirildi
"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə çərçivəsində Göyçay, İsmayıllı və Zərdab  rayonlarında   maarifləndirici tədbirlər keçirmişdir. 
AZXEBER.COM xəbər verir ki, tədbirlərdə gənclər arasında məhsuldar əmək, əməyin və istirahətin rasional rejimi, zərərli adətlərin aradan qaldırılması, 
-- optimal hərəkət rejimi, şəxsi gigiyena, möhkəmlənmə, rasional qidalanmanın təblığı, 
-- gənclərdə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin normal daimi həyat tərzi olmasına çevrilməsinə kömək etmək;
-- regionlarda narkomaniya və HİV-lə mübarizənin gücləndirilməsinə kömək etmək;
-- narkotiklərdən istifadə hallarına qarşı etinasızlığın aradan qaldırılmasına kömək etmək;
-- məcburi testləşdirmə ilə bağlı qanun layihəsinin hazırlanması və təbliğ edilməsi və s., kimi mövzularda söhbətlər aparılmış, "Biz sağlam həyat tərzini seçirik”  adlı maarifləndirici video çarx nümayiş olunmuşdur. 
Tədbirlərdə təşkilatın sədri Samirə Mustafayeva, ekspertlər Mətanət Əsgərova, Zülfiyyə Nuriyeva, regionların İcra Hakimiyyətlərinin səlahiyyətli nümayəndələri çıxışlar etmişdilər. Ümumiyyətlə tədbirlərdə 150-dən çox gənc iştirak edtmişdir.  Bununla da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihə başa çatmışdır.

0
XƏBƏR LENTİ