20:07 Bazar Ertəsi, 18 Noyabr 2019
MƏDƏNİYYƏT

Rəqsanə qızı ilə bağlı qalmaqalı alovlandırdı: ““Məni o qədər döymüşdülər ki...”-AÇIQLAMA

23:26, 10.01.20127521
Rəqsanə qızı ilə bağlı qalmaqalı alovlandırdı: ““Məni o qədər döymüşdülər ki...”-AÇIQLAMA

Müğənni Rəqsanə İsmayılova keçmiş sevgilisi və onun qardaşı Faiq və Fərid Azayev qardaşlarından və keçmiş prodüseri Təranə Səmədovadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. AZXEBER.COM-un məlumatına görə, bunu ANS TV-yə müğənni özü deyib. Müğənni "Odnaklasnik.ru" sosial şəbəkəsində 13 yaşlı qızı Aysunun adından alçaldıcı profilin kimin tərəfindən açılmasının araşdırılmasını istəyir. Rəqsanə mətbuatda döyülməsi barədə xəbəri də təsdiqlədi. (həmin vaxt müğənni ona keçmiş sevgilisi tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hücum olmasını təkzib etmişdi red.) Adı çəkilən şəxslər tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qaldığını deyən müğənni, bu vaxtadək qorxduğu üçün həmin günü döyüldüyünü gizli saxladığını və məlumatı təkzib etmək məcburiyyətində qaldığını bildirdi. Azayev qardaşları tərəfindən dəfələrlə döyüldüyünü etiraf edən müğənni deyib ki, qardaşlar onu bir neçə dəfə döyüblər: "Faiq və Fərid məni dəfələrlə döyüblər. Bir dəfə də "McDonalds"ın yanına aparıb məni o qədər döydülər ki, evə gedəndə liftin düyməsini basmağa halım qalmamışdı. Avtomobillərində qəzaya düşmüşəm, avtomobil əzilib. Təmirin pulunu verirəm, istəmirlər. Məndən yeni maşının pulunu tələb edirlər". Qeyd edək ki, müğənni Rəqsanə ailəsinin təhdid edilməsi, qızı Aysunun sosial şəbəkələrdə açıq-saçıq şəkillərinin yayılması ilə bağlı canlı yayımla etdiyi müraciətindən sonra Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Müğənni tanışı Faiq Azayevlə aralarında yaranmış pul davası və keçmiş prodüseri Təranə ilə həmin şəxsin qızı Aysunun açıq-saçıq şəkillərinin sosial şəbəkələrlə yaymasına görə polis və prokurorluq orqanlarına müraciət edib. Müğənni Aysunun şəkillərinin Təranə tərəfindən çəkildiyini və bu fotoların ondan başqa heç kimdə olmamasını əsas tutaraq iddia edir ki, qızına qarşı aparılan təxribatın başında Azayev qardaşları və Təranə Səmədova dayanır. Təranə Səmədova isə bütün baş verənləri təkzib edir və bu işdə əli olmadığını deyib.

XƏBƏR LENTİ