10:35 Cümə, 27 Aprel 2018
Maqazin

Rəqsanənin qızı internetdə oğlanla yayılan videosundan danışdı

16:01, 20.04.201723138
Rəqsanənin qızı internetdə oğlanla yayılan videosundan danışdı
"Rəqsanənin qızı heç vaxt kluba getməz”
 
Bu sözləri AZXEBER.COM-a müğənni Rəqsanə İsmayılovanın qızı Aysun deyib.
 
O son günlər sosial şəbəkələrdə yayılan videosu haqda da danışıb: "O video klubda çəkilməyib, 2 il öncə mənim ad günümdə çəkilib. 10 nəfər xanımın içində oxumuşam. İndi bunu yalandan böyüdürlər. Rəqsanənin qızı heç vaxt kluba getməz və oxumaz. Mən oxuyanda özüm üçün oxuyuram. Müğənni deyiləm ki, gedib kiminsə restoranında, klubunda oxuyum. Bu şaiyələri yığışdırsınlar. Boğaza yığılmışıq. Həmin il ad günümdə anam mənə maşın hədiyyə etdi.”
 
Aysun videodakı bəyin kim olduğunu da açıqlayıb: "O şəkildəki insan mənim uşaqlıq dostumdur və mən onunla rəqs etmişəm. Mən ondan rəqs dərsləri alıram. Ondan da əlavə ailələrimiz neçə ildi ki, dostdur. Analarımız da yaxın rəfiqədir.”
 
Qeyd edək ki, Aysunun klubların birində bəylə rəqs edərkən videoları yayılmışdır.
 
Həmin videonu təqdim edirik:
 

Nazim Qasımzadə
0
XƏBƏR LENTİ