19:31 Bazar Günü, 25 Avqust 2019
Maqazin

Rəqsanənin qızının hansı fotoları 'odnoklasniki'yə yüklənib? - FOTOLAR

16:00, 09.01.201274021
Rəqsanənin qızının hansı fotoları 'odnoklasniki'yə yüklənib? - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün ANS TV-də yayımlanan "Günəbaxan" verilişində qalmaqal yaşanıb. 
AZXEBER.COM-un məlumatına görə, müğənni Rəqsanə keçmiş prodüserini kəskin ittiham edib. Rəqsanə keçmiş prodüserini qızı Aysunun telefon nömrəsi və şəkillərini yaymaqda günahlandırıb: Açığı, artıq bu insanların adını çəkmək istəmirəm. Onlardan iyrənirəm. O, mənim haqqımda danışa bilər. Amma övladım haqda yox! Artıq hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Lakin müraciətimə baxmırlar", - deyə Rəqsanə bildirib. Təranə isə bu ittihamların heç birini qəbul etməyib.
AZXEBER.COM portalı məsələylə bağlı kiçik araşdırma aparıb və "odnoklasniki"yə yüklənən fotoları əldə edib. Rəqsanə iddia edir ki, bu fotoları sosial şəbəkəyə prodüser Təranə əlavə edib. 
Qeyd edək ki, sosial şəbəkədə açılan Aysun Namazlı adlı profilin hazırda 1100-dən çox dostu var və yazılan statusdan görünür ki, bu profil Rəqsanənin qızı Aysuna aid deyil. Etik normaları nəzər alaraq Aysunun adından yazılmış statusu və onun şəxsi nömrəsini oxuculara təqdim etmirik.AZXEBER.COM portalı "odnoklasniki"yə yüklənən fotoları təqdim edir. Qeyd edək ki, fotolar "odnoklasniki" profilinə istinadla verilir və şəkillər sosial şəbəkədən silinəcəyi təqdirdə portalda da görünməyəcək.
XƏBƏR LENTİ