Rəşad Məcid qısqanılır, hər kəs kimi olmadığı üçün...

21 Avqust 2017, 17:36
AAA

Türkan Turan 

 

Bu yaxınlarda yolum Ağdam tərəflərə düşmüşdü. Yolboyu telefonumun qulaqcığında həzin musiqilər bir-birini əvəzlədikcə, fikirlərim təlatümlü dəniz dalğası kimi ordan-ora çırpılaraq bir-birinə qarışmışdı. Beləcə, qarmaqarışıq fikirlər içində gəilb-gəlib bir neçə il öncə məcburi köçkünlərin məskunlaşdığı yerlərə çatmışdıq. Nə az-nə çox, hardasa 20 il bu ərazilərdə yaşayış olmuşdu. Amma bir müddət əvvəl məcburi köşkünlər yeni salınmış şəhərçiklərə köçürüldüyündən ərazi artıq bomboş idi. Adama elə gəlirdi ki, sanki bir müddət öncə bu yerlərdə bir inni-cinni yaşamayıb. Bunları düşünə-düşünə canımdan bir üşütmə keçdi.

 

Köksüz, bünövrəsiz olmaq belədir. Təməl yoxdursa, iz də qalmır. İstəyir 20 yox, lap 40 il keçsin. Bu fikirlər beynimdə yeni fırtına yaratmışdı ki, birdən qulaqcıqdan bəlkə min dəfə dinlədiyim, yorulmadığım mahnı səslənməyə başladı; "Bir də gəlməyəcək mənim tək (sənin tək!) qadın, nə sənin dünyana, nə bu dünyaya”. Bir anda bütün fikirlərdən arındım, onu düşünməyə başladım. Mahnı səsləndikcə, qəlbimi fəxarət hissi bürüyürdü, bu gözəlliyi yaradanın dostum olmasından qürurlanırdım. Dostum - kökü sağlam, təməli möhkəm dostum. Xeyli insan həmişə maraq edib, nədir bu sevginin sirri deyə. Bax, sirrin şifrəsi budur - kök, bünövrə! Görmək üçün dərinlərə enmək lazımdır.

 

9 il öncə, təminən elə bu ərəfələrdə tanış olmuşuq. Bu illərə nə qədər insan, neçə min hadisə, sinəsinə döyən neçə-neçə münasibətlər, sovrulub gedən əlaqələr, daha nələr-nələr sığışıb, Allah bilir...

 

Tanıdığım gün necə idisə, bu gün də elədir. Enerjili, sevgi dolu, dürüst, səmimi. Beyni aydın, ruhu işıqlıdır. Düşüncəsi kölgəli olmayan tək-tük insanlardandır. Bəzən adama elə gəlir ki, gəzən dünya elə onun kimi olur. Otur qarşı-qarşıya, seyr et, yaşa, öyrən, oxu, dinlə...

 

Rəşad Məcidlə tanış olanda 3-cü kursda oxuyurdum.  Eyforiya içərisində yaşayan, dünyanın ətrafında fırlandığını zənn edən bir gənc və gəncləri ələyib ələkdən keçiriən, sonunda əlində nəyin qaldığını görmək istəyən peşəkar. Tanış olduğumuz gün dalaşmışdıq. Dostluğumuz da elə o dava ilə başladı.

 

Şeirə sevgim, ədəbiyyata marağım ondan gəlir. Sevgi ilə bağlı yekə-yekə danışmağımın səbəbkarı da odur. Hələ illər öncə, "burda mənəm, Bağdadda kor Xəlifə” deyə, sinəmə döyəndə, əmin idim ki, onun bəhs etdiyi sevgi nədirsə yaxşıca mənimsəyib, qavramaq lazımdır. O danışırdı, mən saatlarla dinləyirdim. Hətta bəzən gözüm də dolurdu. Onda başa düşmüşdüm ki, dəyər verdiklərimizin sevdiklərini sevmək də gözəldir.

 

Həmişə maraq dairəsindədir. Danışmasa da, danışılır, sussa da dartışılır - istər yaxşı, istər pis...

İrfan Çiftçi demiş, qədim dostumdur. Buna görə də, haqqında tez-tez suallar verilir. Nə gizlədim, çoxu da, qısqanclıqdan doğan suallardır. Onunla şəkil paylaşanda olay olur, şərh yazanda sual yağışı başlayır, birlikdə görünəndə aləm bir-birinə dəyir. Bu yaxınlarda jurnalistlərin də qatıldığı bir tədbirdə idik. Tədbir bitdikdən sonra oradan Rəşad Məcid və İrfan Çiftçi (Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri) ilə birlikdə ayrıldıq. Həmin an telefonuma o qədər mesaj gəlmişdi, özüm də təəccüblənmişdim, "axı, nə baş verir?” deyə.

Qadınların qısqanmağı bəlkə də, normal sayıla bilər, amma kişinin kişini qısqanmağı ürküdücü gəlir adama. Hə, Rəşad Məcid qısqanılır, hər kəs kimi olmadığı üçün... Təqlid etmir. Kiməsə bənzəməyə çalışmır. Bilməsinə rəğmən öyrənir. Öyrənməsi üçün qarşısındakının filosof olmağı şərt deyil, sadə bir insandan belə mütləq nəsə öyrənməyə çalışır. Hər şeyə qulp qoymur. Minlərlə rəngin içində gözü qaranı axtarmır.

Kiməsə fikrini demək üçün min yoldan keçmir, ürəyindən gələni dərhal deyir. Səmimidir. Səmimiyyət anlayışı olmayanlar buna min don geyindirir.

 

Hələ sevgisi başqa aləmdir. Tərəddüdsüz deyirəm, bu günə qədər onun kimi sevgini nanometrinə qədər bilən kişiyə rast gəlməmişəm. İnsan içində, ən uzağı, dünya boyda sevgi daşıya bilər, Rəşad Məcid isə dünyanı içində daşıyacaq qədər sevgi adamıdır -kirpiyinin ucundan dırnağına qədər eşqdir. Bir insanı sıfırdan götürüb yüzə qaldırır. Bir qadını Mariana çökəkliyindən çəkib, Everest zirvəsinə ucaldır. Sevgisi ilə insanı elə qidalandırır ki, yüz il verməsələr, yemək də yadına düşmür. Demişdim axı, o hər kəsdən fərqlidir.

 

Çox sadədir, elə o qədər də mürəkkəbdir. Yaxşı tanımayanlar üçün aysberqdir. Hər kəs özü qədər görür, suyun üzündə görə bildiyi qədər... dərinliyinə enib, nə boyda olduğunu görmək, hər insanın bacara biləcəyi iş deyil.

 

Onunla min il görüşməsən, danışmasan, hətta yazışmasan belə, gördüyü an başqaları kimi gileylənməz, səni eyni səmimiyyətlə, eyni doğmalıqla bağrına basar. Hə də, demişdim, o çox fərqlidir!

 

Stereotipləri darmadağın etməyi elə gözəl bacarır ki! Üsyan edəndə sakitləşdirir, bulanıq olanda duruldur, bütün dünyanın kirinin üstünə hopduğunu hiss edəndə, bircə cümləsi ilə insanı paklaşdırır. İnsan özünü quyunun dibində hiss edəndə, bir mesajı, bir zəngi ilə oradan dartıb çıxardır.

 

Toxunmağına, qarşı-qarşıya dayanmağına gərək yoxdur, dünyanın o başında dayansa belə, saçdığı enerji kifayət edir.

 

Çox vaxt adı gözəl qadınlarla birgə çəkilir. Amma onun üçün gözəl qadın ağzından çıxan ilk kəliməyə qədər aktualdır. Uğursuz, istedadsız bir kəlmə bir anın içində o gözəl qadını təfərrüata çevrir!

 

Qadınları elə gözəl tanıyır ki... Tanımaqla qalmır, bir qadına qadını necə coşğu ilə anladırsa, qarşıdakı qadın olmağı ilə qürur duyur. Qadın onun üçün nə ətdir, nə sümük, oxuduqca bitməyən kitabdır. Bilir ki, o kitab hər yerdə, hər fürsətdə, hər kəslə oxunmur. Standartlarla arasında ən azı "53 XL” var.

 

Onunla istənilən mövzuda danışmaq mümkündür, özü də saatlarla. Uçurum kənarında dayanıb, özünü nəhəng boşluğa atsan, tutacağına əmin olacağın qədər güvənə biləcyin insandır o!

 

Bu gün onun doğum gündür. Olmasaydı, çox şey əskik qalardı. Varlığı üçün bütün müqəddəslərə şükranlıq duyduran insanı təbrik edirəm.

Son sozüm: bu dünyada hər kəsin bir Rəşad Məcidi olmalıdır, mütləq olmalıdır!


Oxunma sayı : 833

SON XƏBƏRLƏR
Azərbaycanda 12 yaşında zorlanan qız danışdı: “Məktəbin ayaqyolusunda…” – VİDEO - 25 Sentyabr 2017, 11:50
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - PULSUZ EVDƏ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10