09:08 şənbə, 20 Iyul 2019
SOSİAL

Rəşadın AzTV-dəki proqramı bağlandı - Efir qadağası qoyuldu

11:44, 16.04.20193732
Rəşadın AzTV-dəki proqramı bağlandı - Efir qadağası qoyuldu
Əməkdar artist Rəşad İlyasovun AzTV və Mədəniyyət kanalında yayımlanan "Yaradanlar və yaşadanlar” proqramı bağlanıb. 

Bu barədə "Hər şey daxil” proqramının aparıcısı Tarix Əliyev məlumat verib. O,  R. İlyasovun sözügedən qalmaqaldan sonra verilişinin yayımdan qaldırıldığını, 6 ay müddətində sənətçinin aparıcı kimi efirə çıxmayacağını qeyd edib. 

Canlı efirə bağlanan Əməkdar artist məlumatı təsdiqləyib.

***

AZXEBER.COM xəbər verir ki, AzTV-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Televiziyası təkcə sənətçinin proqramını bağlamayıb, ona altı ay müddətində efirə çıxmağı qadağan edib. Bundan əlavə, Rəşad AzTV-nin təşkil etdiyi tədbirlərdə, konsertlərdə çıxış etməyəcək.
XƏBƏR LENTİ