00:54 Cümə, 15 Dekabr 2017
Maqazin

Rəşid Behbudovdan başlayıb, "Ayə, harayə gedirsən, ayə" səviyyəsinə enən musiqimiz...

17:05, 28.11.20175922
Rəşid Behbudovdan başlayıb,
Leyla Rəhimli

Bir neçə gündür sosial şəbəkələrin ahəngi dəyişib bir "trend” yaranıb, "ayə,hara gedirsən,ayə?!” deyə.
 
Ən qəribəsi də odur ki, baxırsan hamı bir ağızdan deyir ki, "Bu nə biabırçılıqdır, bu nə musiqidir, bu oğlan dəlidir lap, belə mahnı oxuyarlar?!”.
 
Ancaq səhər gəlirəm ki, hamı bir-biri ilə zarafatlaşır, yolun o tayından, bu tayına qışqırır ki, ayə, hara gedirsən, ayə?
 
Yumor anlayışımız da fərqliləşib, vallah. "Facebook"u açmışam baxıram ki, aləm dağılır, Vüsal adlı bu gənc gündəmi işğal edib. Gündəmi bu cür məsələlərin işğal etməsi də ayrı bir ironiyadır əlbəttə.
 
Videoya baxdım, bilmədim nə hisslər keçirdim. Əvvəl heyrətləndim,sonra güldüm ən axırda da ağlamağa qalmışdım. Simasi yerində, fərqli tərzi olan bir oğlandır Vüsal. Mənə qeyri-adi gələn isə oğlan mahnını (buna hər nə qədər mahnı demək olarsa) oxuyanda üzündə yaranan təbəssüm idi. Ya, sevincdən idi, ya da bizə fərqli, subliminal mesaj mı verirdi bilmirəm. Hər nə isə, videonu izləyəndə nə badə birdən çaşıb qabağa ötürəsiz, bir qışqırıq qopur ki, gəl görəsən.
 
İnanmıram ki, kimsə izləməsin amma mən yenə də deyim. Bir az qabağa ötürmüşdüm, gözlərim bərəlib qalmışdı elə. Oğlanın facebook profilinə baxdım, videonu görməsəydim, əslində onu təqdir də edəcəkdim. Fərqli Azərbaycan gəncliyi yetişir deyə. Mən özüm də gənc olduğum üçün bu hal məni sevindirir, fərqli imic, fərqli oxu tərzi vs.
 
Amma bu oğlan deyəsən oturub düşünüb ki, fərqli saç, fərqli geyim sərf etmir. Mən bir gündəm yaradım, tutuzdurum. Sözün əsl mənasında tutuzdurub, 3-4 gündür sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Əslində onun istədiyini də bizlər ona vermişik. Müzakirə edərək, gündəm halına çevirmişik.

Statuslar yazılır, müzakirələr hətta müqayisələr belə edilir. Cümləni Rəşid Behbudov, Akif İslamzadə, Bülbüllə başlayıb, Vüsalla bitirmələri adamın burnunu göynədir lap. Yanaşını burax, eyni məqalədə adlarının sadalanması belə ayıbdır! Ümid edirəm tez bir zamanda bu işgəncəyə son qoyular. Yoxsa Aqil Abbasın da dediyi kimi gərək o cümləni dəyişib "Ayə, hara gedirik?” etməli olacağıq. 
0
XƏBƏR LENTİ