xari

Restoranlarda bir neçə toy məclisi keçirilib, polis araşdırmalara başladı

SOSİAL
12:20 04.12.2020
1547
Azərbaycanda restoranlarda bir neçə toy məclisi keçirilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a açıqlamasında bildirib ki, hazırda videogörüntülərlə bağlı araşdırma aparılır:

"Məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır.

OXŞAR XƏBƏRLƏR