11:38 çərşənbə, 24 Iyul 2019
SAĞLAMLIQ

Ürəyin dostu - Kakao

21:58, 03.05.20194589
Ürəyin dostu - Kakao

Son illər ürək xəstəliklərinin yaşı olduqca azalıb.

Həkimlər artıq bu haqda həyəcan təbili çalır. Ürəyimizi qorumaq isə əslində o qədər də çətin deyil.

Araşdırmalara görə, süd və süd məhsullarının hər gün mütəmadi istifadəsi, xolestirinin artmasını əngəlləyir. D vitamini ilə zəngin məhsulları yemək də damar tıxanıqlığının qarşısını alır. Daha bir maraqlı məlumat isə kakao ilə bağlıdır.

Elm adamları bildiriblər ki, kakao ürəyi qoruyan tərkibə sahibdir. Ancaq şokoladların tərkibində şəkər də olduğundan kakao faizi yüksək olanları yeyilməlidir. Ən yaxşısı isə, tərkibində stevia (təbii şəkər) olan şokoladlar seçilməlidir. 

Qeyd edək ki, stresli olduğumuz zamanlarda tünd şokolad yemək əsəbləri sakitləşdirir və əhval-ruhiyyəni xeyli artırır.

 

Axsam.az

XƏBƏR LENTİ