03:29 Bazar Ertəsi, 18 Dekabr 2017
İDMAN

"Roma" rəsmisi "Qarabağ"la oyun haqda: “Ya indi, ya heç vaxt”

12:06, 05.12.2017732
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Roma"da narahatlıq davam edir.

Rəhbərlik qrup mərhələsinin son turunda yerli azarkeşlərin komandaya dəstək olmasını istəyir.

Belə ki, bilet satışının gözləniləndən zəif olması üzündən baş məşqçi Eysebio Di Françeskodan sonra futbol direktoru Ramon Monçi də azarkeşlərə səslənib. O, şəxsi instaqram hesabı vasitəsilə fanatları komandaya dəstək olmağa dəvət edib.

Bunun "canavarlar" üçün həlledici qarşılaşma olduğunu hesab edən 49 yaşlı klub rəsmisi Çempionlar Liqasında 1/8 finala vəsiqə məsələsinin bugünkü oyundan asılı olduğunu düşünür: "Bəzən növbəti dəfə, ikinci şans olmur, fasilə götürə bilmirsən. Bəzən ya indi, ya da heç vaxt olur".

Qeyd edək ki, Roma Olimpiya Stadionunda keçiriləcək "Roma" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 23:45-də başlayacaq.
 
/// apasport.az
0
XƏBƏR LENTİ