05:59 Bazar Ertəsi, 23 Aprel 2018
İDMAN

Ronaldu "100"ü fəth etdi: Bombardir və izləyiciləri - SİYAHI

11:39, 19.04.2017418
Ronaldu

Kriştianu Ronaldu Avropa futbolu tarixinə düşüb.

Portuqaliyalı hücumçu Çempionlar Liqasında 100 qol vuran ilk futbolçu olub.

İspaniya "Real"ının ulduzu belə uğuru 1/4 final mərhələsinin cavab oyununda rəsmiləşdirib. "Bavariya" ilə ev matçında 3 qol vuran Ronaldu hesabını 100-ə çatdırıb.
 
1955-ci ildən keçirilən və 1992-ci ilədək Çempionlar kuboku adlanan yarışın 62 illik tarixinin 10 ən yaxşı bombardiri siyahısında Ronaldunu Lionel Messi izləyir. İlk "üçlük"də daha bir əfsanə Raul da yer alıb.
 
Çempionlar Liqasının 10 ən yaxşı bombardiri
1. Kriştianu Ronaldu (Portuqaliya) - 100
2. Lionel Messi (Argentina) - 94
3. Raul (İspaniya) - 71
4. Ruud van Nistelroy (Hollandiya) - 56
5. Kərim Benzema (Fransa) - 51
6. Tyerri Anri (Fransa) - 50
7. Alfredo di Stefano (İspaniya) - 49
8-9. Andrey Şevçenko (Ukrayna) - 48
Zlatan İbrahimoviç (İsveç) - 48
10. Eysebio (Portuqaliya) - 47

///apasport
0
XƏBƏR LENTİ