23:16 Bazar Ertəsi, 24 Iyun 2019
İDMAN

"Ronaldo matçdan sonra mənə "Yuventus"a gəlməyimi söylədi" - De Liqt

15:11, 10.06.20192951
UEFA Millətlər Liqasının Portuqaliya ilə keçirilən final matçından (0:1) sonra Hollandiya yığmasının futbolçusu Matteys De Liqt maraqlı açıqlama verib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, "Ayaks"ın kapitanı oyundan sonra Kriştianu Ronaldunun onun "Yuventus"a gəlməyini istədiyini bildirib:

"Kriştianu Ronaldo matçdan sonra mənə "Yuventus"a gəlməyimi söylədi. Şok oldum. Güldüm və bir söz deyə bilmədim. Transferimlə bağlı hələ dəqiqləşən bir şey yoxdu. Bir müddət bunu düşünməyəcəm. Tətilə gedirəm. İstirahətdən sonra qərar verəcəyəm. Çox uzun mövsümdü və yorulmuşam".

Qeyd edək ki, "Ayaks"la uğurlu mövsüm keçirən De Liqt Avropanın nəhəng klublarının hədəfindədir.
XƏBƏR LENTİ