05:43 çərşənbə Axşamı, 25 Sentyabr 2018
İDMAN

Ronaldu: "Xoşbəxtlikdən mən fərqləndim"

11:39, 21.06.20183591
Ronaldu:
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu DÇ-2018-in qrup mərhələsində Mərakeşə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan 33 yaşlı hücumçu vacib 3 xal qazandıqlarını bildirib: "Uduzacağımız təqdirdə, qrupda qalmaq ehtimalı olduğunu bilirdik. Mərakeş qələbə üçün oynayırdı. Onlar çox dinamik, hərəkətli komandadırlar. Çətin oyun oldu. Xoşbəxtlikdən qələbə qolunu vurduq, mən fərqləndim. Praktiki olaraq pley-off yolunda vacib addım atdıq. Növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, Portuqaliya 3-cü turda İranla qarşılaşacaq. Matç iyunun 25-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
XƏBƏR LENTİ