08:16 Cümə, 15 Dekabr 2017
KRİMİNAL

Rusiya azərbaycanlı “qanuni oğru”lar axtarılır

15:18, 28.07.2017729
Rusiya azərbaycanlı “qanuni oğru”lar axtarılır
Hazırda kriminal aləmdə "qanuni oğru” statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.
 
Axtarışda olan "qanuni oğru”lar arasında azərbaycanlılar da var.

Bunlardan biri Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb”. Bəzi məlumatlara görə, 1 il sonra statusu geri alınıb. Ancaq bu məlumatı özü inkar edir.

Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru” Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir. 1971-ci ildə Şəmkirdə doğulub.2008-ci ildə Moskvada status alıb.

Axtarışdakı üçüncü "qanuni oğru” İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və  2013-cü ildə Moskvada "taclandırılıb”.

Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru” arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru” 2001-ci ildən status alıb
 
///cebhe.info
0
XƏBƏR LENTİ