00:49 Cümə, 15 Dekabr 2017
DÜNYA

Rusiya Baş Qərargahı: Suriya İŞİD-dən tam azad olundu

23:13, 06.12.2017275
Rusiya Baş Qərargahı: Suriya İŞİD-dən tam azad olundu
Suriya tamamilə İŞİD terrorçularından azad edilib.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə RF Baş Qərargahının rəisi Valeri Gerasimov bəyan edib.
 
Onun sözlərinə görə, general Həsən Suhelin və 5-ci könüllü hücum korpusunun qoşunları Deyr-əz-Zor vilayətində yaraqlıların son sığınacaqlarını məhv ediblər. Əməliyyat zamanı Salihiya, Əl-Hreyta, Əl-Katya və Musalaha yaşayış məntəqələri azad olunub.
 
"Bununla da Suriyada İŞİD tabeçiliyində olan ərazi qalmayıb” , - V. Gerasimov bildirib.
 
O həmçinin qeyd edib ki, müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putini bu barədə məlumatlandırıb.
0
XƏBƏR LENTİ