12:30 Cümə, 15 Dekabr 2017
SİYASƏT

Rusiya Ermənistanı silahlandırır - 100 milyon dollarlıq kredit

10:22, 12.10.2017105
Rusiya Ermənistanı silahlandırır - 100 milyon dollarlıq kredit
Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək.
 
AZXEBER.COM "Armenpress”-ə istinadən verdiyi məlumata görə, belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.
 
Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb.
0
XƏBƏR LENTİ