xari

Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin “Twitter” hesabı bloklandı

DÜNYA
23:22 14.01.2021
380
"Twitter” Rusiya istehsalı olan "Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.

"İnterfax” xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.

"Sputnik V”nin "@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, - İnvestisiyalar Fondunun yaydığı açıqlamada qeyd olunub.

Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün "Twitter”lə əlaqə qurmalarını xahiş edir.

OXŞAR XƏBƏRLƏR