07:14 çərşənbə, 24 Oktyabr 2018
DÜNYA

Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır

20:00, 30.03.20187120
Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır

Rusiya qərb ölkələrinin bir sıra diplomatlarını ölkədən çıxarır.

"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, Moskva iki italiyalı, bir finlandiyalı, iki hollandiyalı, üç litvalı diplomata ölkəni tərk etmək üçün bir həftə vaxt verib.

Polşa XİN bildirir ki, polşalı diplomatların dördü aprelin 7-dək Rusiya ərazisini tərk etməlidir.

Xatırladaq ki, Rusiya XİN-in məlumatına əsasən, "Skripal qalmaqalı" üzrə rusiyalı diplomatları ərazisindən çıxaran ölkələrin səfirləri xarici siyasət idarəsinə çağırılıb, onlara etiraz notları təqdim olunub və cavab tədbirləri barədə xəbərdarlıq edilib.

XƏBƏR LENTİ