xari

Rusiya sülhməramlılarının təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - VİDEO

SOSİAL
19:41 29.11.2020
370

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.
Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:02 25.01.2021

Türkiyəli professordan Çin peyvəndinin təsiri barədə AÇIQLAMA

17:00 25.01.2021

Qənirə Paşayeva Əliyar Əliyevin qızı ilə görüşdü

16:55 25.01.2021

Vladimir Putin Navalnının yaydığı videodan danışdı

16:51 25.01.2021

Biznesinizi Yelo bankla genişləndirin

16:32 25.01.2021

İspaniyada COVİD-19 pik həddə: Xəstəxanalar dolub

16:15 25.01.2021

Azərbaycan XİN rusiyalı deputatın adını "qara siyahı"ya salıb

16:02 25.01.2021

Hindistan-Çin hərbçiləri arasında atışma: Çox sayda yaralı var

15:56 25.01.2021

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

15:52 25.01.2021

Xarici diplomların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb

15:37 25.01.2021

Azərbaycanda 2020-ci ildə uşaqlara ən çox bu adlar qoyulub - STATİSTİKA

15:29 25.01.2021

Azərbaycanda rüşvət alan xəstəxana direktorunun tutulma görüntüləri yayıldı - ANBAAN VİDEO

15:27 25.01.2021

Çavuşoğlu: "Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək"

15:02 25.01.2021

İranın XİN başçısı: "Şirkətlərimiz işğaldan azad olunan ərazilərdə işə başlamağa hazırdır"

15:01 25.01.2021

İlham Əliyev: “Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız çox aktiv fazadadır”

14:57 25.01.2021

Bank of Baku “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN köçürdü!

14:54 25.01.2021

Şəhid ailələri və qazilər mənzillərlə təmin ediləcək - Prezident sərəncam verdi