23:35 Bazar Ertəsi, 24 Iyun 2019
DÜNYA

Rusiyada azərbaycanlı axtarışa verildi - qız qaçırdığına görə

17:04, 04.06.20197444
Rusiyada azərbaycanlı axtarışa verildi - qız qaçırdığına görə
Rusiyada yaşayan azərbaycanlı qız qaçırdığına görə axtarışa verilib.

AZXEBER.COM virtualaz-a istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin yaxınlığında yaşayan bir qadın polisə müraciət edərək naməlum şəxsin qızını döydüyünü, sonra da zorla qaçırdığını bildirib.

İyirmi bir yaşlı qızın şəhər istiqamətinə aparıldığı avtomobilin 25 yaşlı Azərbaycan vətəndaşı Orxan Şakur oğlu Yusifliyə məxsus olduğu müəyyənləşdirilib.

Polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.
XƏBƏR LENTİ