12:27 Cümə, 15 Dekabr 2017
DÜNYA

Rusiyada azərbaycanlı tələbənin meyiti tapıldı

12:34, 11.10.2017355
Rusiyada azərbaycanlı tələbənin meyiti tapıldı

Rusiyanın Novosibirsk vilayətinin Dzerjinskiy rayonunda azərbaycanlı tələbənin yaşadığı evdə meyiti aşkarlanıb.

Bu, 1999-cu il təvəllüdlü, Rusiya vətəndaşı Vadim İskəndər oğlu Məmmədovdur.

Novosibirsk şəhərindəki universitetlərin birində qiyabi ali təhsil alan V. Məmmədov yaşadığı rayonda reklam firmalarından birində çalışımış. Tək yaşayan azərbaycanlı gəncin saxladığı itin mütəmadi hürməsindən narahat olan qonşuları onun qapısını döyüblər və cavab almadıqda polisə müraciət ediblər. 

Evə daxil olan sahə müvəkkili onun meyitini aşkarlayıb. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

///Report
0
XƏBƏR LENTİ