Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb

Rusiyada daha 11 359 nəfərdə koronavirus aşkarlanıb
DÜNYA
12:57 28.02.2021
1016
Son sutka ərzində Rusiyada daha 11,3 min nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 4 246 079 nəfərə çatıb.

Son sutka ərzində Rusiyanın 84 regionunda koronavirusa yoluxma hallarının sayı 11 359 təşkil edib. Onlardan 1 285-i (11,3 faizi) aktiv koronavirus xəstələridir.

Pandemiya ərzində koronavirusa ümumilikdə 4 246 079 yoluxma aşkarlanıb. Yoluxma halının artım tempi 0,27 faiz təşkil edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR