09:29 şənbə, 16 Dekabr 2017
KRİMİNAL

Rusiyada döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub

20:27, 27.11.2017563
Rusiyada döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub
Rusiyanın Perm şəhərində döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub.
 
AZXEBER.COM  məlumatına görə, Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev APA-nın Rusiya bürosuna bildirib ki, Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev noyabrın 26-da doğulduğu Bakıda şəhərində torpağa tapşırılıb.
 
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
 
H. Mustafayev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 23-də xəstəxanada keçinib.
 
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
0
XƏBƏR LENTİ