13:29 Cümə Axşamı, 26 Aprel 2018
KRİMİNAL

Rusiyada həbs edilən azərbaycanlı Bakıda azadlığa buraxıldı

14:27, 10.11.2017687
Rusiyada həbs edilən azərbaycanlı Bakıda azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada bir neçə cinayət törətməkdə təqsirləndirilən Qniyaz Quliyevin cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Quliyevin cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Q.Quliyev Rusiyada oğurluq və bir neçə cinayət törətməkdə təqsirli bilinərək, 2006-cı ildə həbs edilib. Daha sonra məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu il isə Q.Quliyev Rusiyadan Azərbaycana ekstadisiya edilib. Onun cəzasının müddətinin başa çatmasına 1 il qalmışdı.

///report
0
XƏBƏR LENTİ