04:20 Bazar Ertəsi, 17 Dekabr 2018
SOSİAL

Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapılıb – VİDEO

13:49, 14.11.2017748
Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapılıb – VİDEO
Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub.
 
AZXEBER.COM xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Xanbaba Nərimanovu qətlə yetirən şəxs Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Fariz Hüseynov olub.
 
MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov baş verən qətl hadisəsinin təfərrüatları barədə danışıb: "Qətlə yetirilən Xanbaba Nərimanov biznes fəaliyyəti ilə məşğul olub. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov Xanbaba Nərimanovun işçisi olub. Aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb. Fariz hələ də saxlanılmayıb".
 
Ə. Yusifov bildirib ki, faktla bağlı cinayət işi açılıb, F. Hüseynovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
 

XƏBƏR LENTİ