12:39 çərşənbə, 15 Avqust 2018
DÜNYA

Rusiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı

19:38, 13.02.20181096
Rusiyada təyyarə qəzasının ilkin səbəbi açıqlandı

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.

AZXEBER.COM  report-a istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı yaradılan komissiyası "qara qutu"nu incələdikdən sonra məlumat yayıb

Komissiyanın məlumatında qeydə alınan məlumatların və keçmişdə baş verən analoji hadisələrin təhlili əsasında pilotların indikatorlarında uçuşun sürətinin düzgün əks olunmaması qənaətinə gəlindiyi deyilir.

Xatırladaq ki, "Saratov airlines" şirkətinə məxsus "An-148" təyyarəsi fevralın 11-də "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

XƏBƏR LENTİ