19:09 Cümə Axşamı, 14 Dekabr 2017
KRİMİNAL

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

19:37, 23.11.2017819
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb
Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
 
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
 
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
 
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
0
XƏBƏR LENTİ