01:36 Bazar Ertəsi, 20 May 2019
SİYASƏT

Rusiyadan Qarabağla bağlı açıqlama

20:11, 10.05.20192274
Rusiyadan Qarabağla bağlı açıqlama
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mürəkkəb prosesdir. Nizamlanmanın əsas aspektlərini razılaşdırmaq üçün vaxt və tərəflərin siyasi iradəsi tələb olunur.
 

AZXEBER.COM  Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, Rusiya tərəfi kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcək.

"Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir. ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik", - Rusiya XİN-nin açıqlamasında vurğulanıb.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.

XƏBƏR LENTİ