19:56 çərşənbə Axşamı, 20 Fevral 2018
DÜNYA

Rusiyanın ən böyük kommersiya bankı iflas etdi

10:53, 31.08.2017301
Rusiyanın ən böyük kommersiya bankı iflas etdi

Rusiyanın ən böyük kommersiya bankı və 8-ci böyük bankı olan "Otkrıtiye" iflas edib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Rusiya Bankı (Mərkəzi Bank) bank sektorunda sabitliyi qorumaq məqsədilə "Otkrıtiye"ni sanasiya etmək qərarı verib. Bunun üçün Rusiya Bankı təmamilə yeni mexanizm tətbiq etmək qərarı verib. Beləliklə, "Otkrıtiye"nin sanatoru kimi Rusiya Bankı özü iştirak edəcək və səhmlərinin 75%-nə sahib olacağını bildirib. Bu addımı analitiklər bank sisteminə inamın qorunması və böhranın olmaması üçün atıldığını qeyd edirlər. 

Xatırladaq ki, "Otkrıtiye" bankı 400 şöbəyə, 29 min hüquqi, 163 min kiçik və orta ölçülü şirkət və 3,4 mln. fiziki şəxs müştəri portfelinə sahib olub. Bankın rəhbərlik etdiyi qrupa "Rosqosstrax" sığorta şirkəti, "Trast bank", "Rosqosstraxbank", "LUKoil-garant", "Elektroenergetiki", "RQS" qeyri-dövlət pensiya fondları, "Otkrıtiye broker" şirkəti, "Toçka" layihəsi və "Roketa" mobil bankı aiddir. Rusiya Bankı bu şirkətlərin fəaliyyətini dəstəkləyəcəyini bildirib.

Mərkəzi Bank qeyd edir ki, "Otkrıtiye"dən iyul-avqust aylarında hüquqi şəxslər 389 mlrd. rubl (6,6 mlrd. dollar), fiziki şəxslər 139 mlrd. rubl (2,36 mlrd. dollar) vəsait çəkiblər. Buna səbəb, müştərilərin "Orkrıtiye" tərəfindən "Rosqosstrax"ı almasından sonra maliyyə vəziyyətinin pisləşməsi amili səbəb olub. 

Analitiklər Rusiya Bankının növbəti dövlət bankı yaratmaq istəmədiyini və tezliklə bankı sağlamlaşıdıraraq satışa cıxaracağını proqnozlaşdırırlar.

0
XƏBƏR LENTİ