Rüstəm Orucov yenə qızıla həsrət qaldı: Hidayət Heydərov qalib oldu

13 May 2017, 20:31
AAA

 

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo və paracüdo yarışlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq  9 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

 

Kişilərin mübarizəsində 60, 66 və 73 kq, qadınlarda 48, 52, 57 və 60 kq, paracüdoda isə qadınlar 57 və 70 kq çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər.

 

Kişilər

60 kq

Bu çəki dərəcəsində yarışan Orxan Səfərov mübarizəyə 1/4 finaldan başlayıb. Cüdoçumuzun ilk rəqibi Ali Xosrof (Yəmən) olub. Səfərov 48 saniyəyə qələbə qazanıb. O, yarımfinalda qırğızıstanlı Otar Bestayevlə mübarizə aparıb. Səfərov rəqibinə şans verməyib. Təmsilçimiz finalda Bəkir Özlü (Türkiyə) ilə münasibətinə aydınlıq gətirib. O, döyüşə heç də yaxşı başlamayıb. Lakin hesabda geridə olmasına baxmayaraq, son anda toparlanıb çempion tituluna yiyələnib.  

 

66 kq

Nicat Şıxəlizadə də yarışa 1/4 finalla start verib. Avropa çempionatının bürünc mükafatçısı Eisa Macraşidən (Səudiyyə Ərəbistanı) üstün olub. Həmyerlimiz yarımfinalda Əlireza Xojastehlə (İran) münasibətinə aydınlıq gətirib. Şıxəlizadə bu qarşılaşmanı da xeyrinə bitirib. O, finalda əlcəzairli Houd Zourdani ilə güləşib. Şıxəlizadəyə çıxışını qızıl medalla başa vurmaq üçün cəmi 45 saniyə kifayət edib. Rəqibinə ipponla qalib gələn Nicat fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

73 kq

Avropa çempionu Hidayət Heydərov 1/8 finalda toqolu Frederik Adebayo Olimpionu sınağa çəkib. Həmyerlimiz rəqibini 68 saniyəyə ippona salıb. O, ikinci cəhdində Bekadil Şaymerdenovla (Qazaxıstan) güləşib. Bu rəqib də Heydərova qalib gələ bilməyib. Onun ardınca Qiyosjon Boboyevi (Özbəkistan) də məğlub edən təmsilçimiz mübarizəni finalda davam etdirəcək.

 

Bu çəkidə ölkəmizi təmsil edən Olimpiya Oyunlarının bürünc mükafatçısı Rüstəm Orucov da İslamiadaya qələbə ilə başlayıb. O, 1/8 finalda Behrusi Xocazadəni (Tacikistan) mübarizədən kənarlaşdırıb. Orucov yarımfinala gedən yolda iordaniyalı Yunis Odatı da ipponla məğlub edib. O növbəti deulində türkiyəli Həsən Vanlıoğlunu sınağa çəkib. Rüstəm bu dəfə rəqibindən güclü olduğunu sübut edib.

 

Nəticədə finalda Azərbaycan dueli olub. Heydərov Rüstəmovla qarşılaşıb. Hidayət Parisdə keçirilən "Böyük dəbilqə"də Olimpiya mükafatçısına qızıl xalla qalib gəlmişdisə, bu dəfə onu ippona salıb. 

 

Qadınlar

48 kq

Bu çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı yarışa yarımfinaldan başlayıb. O, ilk cəhdində iordaniyalı Ayah Kitaneyə heç bir şans verməyib.

 

Digər təmsilçimiz Erdenebat Bazarraqça isə qazaxıstanlı Səltənət Sultanbekova və mərakeşli Vafai Şofre İdrissi ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirib. Hər iki rəqibi üzərində qələbə qazanan Bazarraqça finala adlayıb. Onun həlledici görüşdəki rəqibi Aişə Qurbanlı olub. Gərgin keçən döyüş monqol əsilli idmançının qələbəsi ilə yekunlaşıb. Nəticədə Bazarraqça cüdo yığmamıza ilk qızıl, Qurbanlı ilk gümüş medalı qazandırıb.

 

52 kq

Nəzakət Əzizova yarışa 1/4 finalla start verib. O, ilk olaraq qabonlu Ester Korine Evala Bondime ilə mübarizə aparıb. Həmyerlimiz cəmi 49 saniyəyə qələbə qazanıb. Əzizova finala gedən yolda özbəkistanlı Diyora Keldiyorova ilə qüvvəsini yoxlayıb və mərhələ adlayıb. O, finalda türkiyəli İrəm Qorxmazla qarşılaşıb. Bu dəfə məğlubiyyətə üzülən Əzizova gümüş medalla kifayətlənib.  

 

57 kq

Yığmamızın yeni legioneri Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşüb. Təmsilçimiz mərhələ keçməkdə çətinlik çəkməyib. O, 1/4 finalda Ratiba Tariket (Əlcəzair) ilə güləşib və ipponla uduzub. Buna baxmayaraq, o, medal şansını davam etdirib. İçinxorlu təsəlli görüşündə Amangül Allanazarovanı (Özbəkistan) üstələyərək, bürünc medal uğrunda Fil Dişi Sahilidən olan Züleyxa Dabonne ilə görüşüb. Lakin o, bu dəfə də məğlubiyyətə üzülüb.

 

Kifayət Qasımovanın da ilk cəhdi 1/8 finala təsadüf edib. Mərakeşli Yusra El Buhariyə ipponla qalib gələn cüdoçumuz ardınca qığızıstanlı Kseniya Beldiaginanı da vaxtından əvvəl məğlub edib. O, yarımfinalda Züleyxa Dabonne (Fil Dişi Sahili) ilə gücünü yoxlayıb və yenə tatamidən qalib kimi ayrılıb. Qasımovanın finaldakı rəqibi digər cüdoçumuz Munxtsedev İçinxorlunu 1/4 finalda məğlub edən Ratiba Tariket olub. Kifayət də onun müqavimətini qıra bilməyib. Müəyyən müddətdən sonra tatamiyə qayıdan xanım cüdoçumu gümüş medala yiyələnib.

 

63 kq

Xanım Hüseynovanın ilk rəqibi türkmənistanlı Ayna Cumaquliyeva olub. Təmsilçimiz ipponla mərhələ adlayıb. O, yarımfinalda Məryəm Bjaoui (Tunis) ilə qarşılaşıb. Bu rəqibini də mübarizədən kənarlaşdıran Hüseynova finalda türkiyəli Busra Katipoğlu ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, cüdo yarışları mayın 13-16-da Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.


Oxunma sayı : 259

Loading...
SON XƏBƏRLƏR
Ağəlinin 12 yaşındakı sərgüzəştləri: həmin "Porsche", "paçka-paçka" pullar və... - Fotolar - 27 May 2017, 13:29
Bu da özünə milyonluq toy edən Xəyyamın özündən 16 yaş kiçik xanımı Nərmin - VİDEO - 27 May 2017, 12:49
Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb - 27 May 2017, 12:40
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi - 27 May 2017, 12:33
Bakıda avtoqəza: Qadın yaralandı – FOTO - 27 May 2017, 12:06
DTX rəisindən təcridxanalardakı ölüm hallarına - Reaksiya - 27 May 2017, 10:07
Mədət Quliyev tutulan hərbçi casuslardan danışdı - 27 May 2017, 09:59
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 16:53
Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq - 26 May 2017, 16:38
İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanında narkotik gətirmək istədi - 26 May 2017, 16:28
Bu gecə Ay Yerin yaxınlığından keçəcək - 26 May 2017, 16:20
“Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq” - İlham Əliyev - 26 May 2017, 15:59
21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTOLAR - 26 May 2017, 15:47
"Yataqda olsaq da, soyunmadıq, ayaqlarımı…" - Azərbaycanlı aktrisa - 26 May 2017, 15:40
Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+) - 26 May 2017, 15:23
Bülent Ərsoyu ilan vurdu - 26 May 2017, 15:09
Nəsimi rayonunda “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 15:04
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır... - 26 May 2017, 14:38
3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb - 26 May 2017, 14:16
Azərbaycanda bələdiyyə sədri dəhşətli qəzaya düşdü - FOTO - 26 May 2017, 14:05
Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı - 26 May 2017, 13:47
AXCP sədrinin müavininin saxlanılması barədə RƏSMİ MƏLUMAT - Çantasından 12 min dollar çıxıb - 26 May 2017, 13:47
Xaçmazda ana özünü oğlunun kəməri ilə asdı - 26 May 2017, 13:34
Müəllimlərə pis xəbər: ixtisarlar olacaq - 26 May 2017, 13:16
Əli Kərimlinin müavininin niyə saxlanıldığı bilindi - DTX Bakıya gətirir - 26 May 2017, 13:09
Bakıda faciə: Dostunun evindən meyiti çıxdı - 26 May 2017, 13:06
DYP-dən vətəndaşı təqib edən zaman toqquşan yol polisi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 12:59
Nəsimi rayonunda 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 12:54
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10