Rövzət Qasımov: “MSK namizədlərin təşviqat kampaniyası üçün lazımi addımları atıb"

Rövzət Qasımov: “MSK namizədlərin təşviqat kampaniyası üçün lazımi addımları atıb"
Seçki2024
11:01 18.01.2020
3625
"Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyasının aparılmasına dünəndən başlanılıb".

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, MSK bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb: "Bütün dairələr ərazisində, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə, respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib. Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına (DSK) məlumat verməklər həmin yerlərdən çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-lərin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər”.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-na təyin edilib.
OXŞAR XƏBƏRLƏR