22:40 Cümə, 17 Avqust 2018
Maqazin

Röya yeni mahnısından imtina etdi: Bəstəkar onu tənqid etdiyi üçün

17:32, 10.08.20184202
Röya yeni mahnısından imtina etdi: Bəstəkar onu tənqid etdiyi üçün

Əməkdar artist Röya Ayxan Muxtar Abseynovdan aldığı mahnıdan imtina edib. 

AZXEBER.COM-un məlumatına görə, buna səbəb bəstəkarın Röyanın "Mənə sevgindən bəhs et” mahnısını plagiat adlandırması olub. Belə ki, müğənni Elnarə Xəlilova Uitni Hyustonun "İ have nothing” mahnısını paylaşaraq Röyaya söz atıb. Paylaşıma Abseynov da şərh yazaraq, onun sözlərini təsdiqləyib. R.Ayxan isə ona "Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə” sözlərini yazıb.

E.Xəlilova isə bu gün "İnstagram" hesabında paylaşım edərək bu sözləri yazıb: "Həftənin birinci günü Muxtarla olan yazışmamızdan... İnsan təbii ki, sevdiklərinin uğuruna sevinər. İlk tələbəm atdı mənə linki "Youtube”dan ki, Elnarə xanım, bilmirsiz bu mahnı nə vaxt çıxacaq? Mən də bəstəkarından soruşdum. Özünün nömrəsi 10 ildir məndə olmadığı üçün... Sevmirəm özələ burun soxmağı. Vermirdi, mən də istəmirdim. Nə yaxşı ki, belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm”.

XƏBƏR LENTİ