21:36 Bazar Ertəsi, 25 Iyun 2018
SOSİAL

Saatlıda tarlada kimyəvi dərmandan zəhərlənənlərdən xəbər var

10:59, 13.06.20183925
Saatlıda tarlada kimyəvi dərmandan zəhərlənənlərdən xəbər var
Saatlının Sırmada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 18 nəfər evlərinə buraxılıb.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə vəziyyəti ağır olan və Respublika Toksikologiya Mərkəzinə gətirilən 4 nəfərin isə vəziyyəti stabildir.

"Saatlıda olanların heç bir problemi yoxdur. Vəziyyətləri yaxşı olduğu üçün evlərinə buraxılıblar. Burada olan 4 nəfərin də vəziyyəti artıq stabilləşib və inşallah yaxın gündə onlar da evlərinə buraxılacaqlar".
 
Qeyd edək ki, iyunun 10-da Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, 2-sinin vəziyyəti normal olduğu üçün həmin gün evə buraxılmış, vəziyyəti ağır olan 4 nəfər isə Bakıya, Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilmişdi.
XƏBƏR LENTİ