17:01 Bazar Ertəsi, 24 Sentyabr 2018
İDMAN

“Sabah” Arif Əsədovla yolları ayırdı

23:42, 15.05.201810718
“Sabah” Arif Əsədovla yolları ayırdı
2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Sabah” komandasının baş məşqçisi Arif Əsədovla yollar ayrılıb.

AZXEBER.COM xəbər verir ki, bu posta Elşad Əhmədov təyin olunub.

Qeyd edək ki, Elşad Əhmədov başa çatan mövsümdə I Divizionun qalibi olan "Xəzər”ə rəhbərlik edib. Lakin AFFA-nın Lisenziyalaşdırma Qrupu "Xəzər”ə yox, çempionatı V pillədə başa vurmuş "Sabah”a Premyer Liqada iştirak etmək hüququ verib.

Xatırladaq ki, hər iki məşqçi vaxtilə "Neftçi”də işləyib.
XƏBƏR LENTİ