14:48 Cümə, 19 Oktyabr 2018
SOSİAL

Sabah Azərbaycanda bayram namazı qılınacaq

17:13, 14.06.20187124
Sabah Azərbaycanda bayram namazı qılınacaq
Sabah Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AZXEBER.COM-a verilən məlumata görə, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Qeyd edək ki, QMİ-nin verdiyi fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edir və həmin gün ölkədə bayram namazı qılınacaq.
XƏBƏR LENTİ