03:21 Bazar Ertəsi, 18 Dekabr 2017
SOSİAL

Sabah bəzi yerlərdə sulu qar yağacaq

13:14, 21.11.2017271
Sabah bəzi yerlərdə sulu qar yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  753  mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.


0
XƏBƏR LENTİ