14:55 Cümə Axşamı, 22 Fevral 2018
DÜNYA

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

17:46, 17.08.2017481
Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək
Sabah Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə məlumatı "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumt verilib.
Səfər çərçivəsində Fernando Uanakuni Mamani Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Nazirlər Azərbaycan hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayacaqlar.
0
XƏBƏR LENTİ