20:32 Cümə Axşamı, 12 Dekabr 2019
SİYASƏT

Sabah parlamentin buraxılması məsələsinə baxılacaq

13:18, 01.12.20195365
Sabah parlamentin buraxılması məsələsinə baxılacaq
Sabah - dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək.

İclasda hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması ilə bağlı müraciətinə baxılacaq. Daha sonra Prezidentə müraciət ünvanlanacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Milli Məclisdə təmsil olunan YAP üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub. Deputatlar yekdilliklə bu təklifi dəstəkləyiblər.

5-ci çağırış Milli Məclisin buraxılması təklifi mövcud parlamentin dövlət başçısının həyata keçirdiyi uğurlu və çevik siyasətə adekvat olmaması, ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb
 
///Azvision.az
XƏBƏR LENTİ