17:58 çərşənbə, 14 Noyabr 2018
SAĞLAMLIQ

Saçı tökülən kişilər oxusunlar: Əsas səbəb cinsi zəiflikdir

13:24, 25.06.201824091
Saçı tökülən kişilər oxusunlar: Əsas səbəb cinsi zəiflikdir
Saç Əkimi Mərkəzinin rəhbəri, Health Baku Medical Center Klinikasının baş həkimi Dr. Şahrud Əhmədzadənin KLİNİK.AZ-a müsahibəsi

Şahrud bəy, qabaqlar daha çox orta yaşlı insanlarda saç tökülməsi hallarına rast gəlirdiksə, artıq gənclərimiz də bu problemdən əziyyət çəkir. Sizcə, saç tökülməsinin bu qədər gəncləşməsi nə ilə bağlıdır?

– Digər xəstəliklərdə olduğu kimi, saç tökülməsi də müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəb androgenetik faktordur. Bədəndə olan testesteron təpə nahiyəsinə toplanır və yaranan iltihab nəticəsində saçlar tökülməyə başlayır. Lakin bu yeganə səbəb deyil. Psixoloji amillər, o cümlədən stress və depressiya saç tökülmələrinə səbəb olur. Regional saç tökülmələri Alopecia Areata (saç qıran) adlandırılır. Ən sıx saçlı dəridə məhdud sahədə tam saç tökülməsi hadisəsi müşahidə edilir. Bəzən bütün bədən tükündən da tökülmələr ola bilir. Xəstəliyin səbəbi tam məlum deyil. Stress və bəzi psixoloji problemlər xəstəliyi oyadır. Eyni zamanda doğuş sonrası analarda saç tökülmələri çox görülür. Bu tökülmə hormonal dəyişikliklərə bağlı saç döngüsündəki fərqliləşmə ilə əlaqəlidir. Qızdırmalı xəstəliklər, tiroid xəstəlikləri, dəmir çatışmazlığı , möhkəm pəhriz proqramları, xərçəng və vərəm dərmanları saçlarda tökülməyə yol aça bilir.

– Bəs nə edək ki, saçlarımız bizi yarı yolda qoymasın. Saç tökülməsinin qarşısını hansı yollarla almaq olar?

– Nə qədər qəribə olsa da, bəzən saçlara həddindən artıq qulluq saç tökülmələrinə gətirib çıxarır. Saça qayğı üçün istifadə olunan, lakin müvafiq olmayan materiallar, məhsullar, saçlara tətbiq olunan bəzi kimyəvi maddələr, saç boyaları, rəng açıcılar, qalıcı permalar, saç qüvvətləndirici maddələr saçlara ziyan vurur. Bu məhsullar tez-tez istifadə edilsə, uzun müddət başda qalsa, eyni anda birdən çoxu tətbiq edilsə saçları zəiflədir, asan qırılmasına səbəb olur. Saça verilən formalar saç itkisinə səbəb ola bilər. Saçların möhkəm toplanması, at quyruğu formasında yığılması saç tökülməsini artırır. Saçların tez-tez şampunlanması, daranması və fırçalanması asan qırılmasına və tökülməsinə səbəb olur. Saçlar üçün yumşaq materialdan düzəldilmiş daraq və ya fırçalar istifadə edilməlidir.

– Müşahidələrə rəğmən deyə bilərik ki, saç tökülmələri birdən-birə baş vermir. Buna zaman sərf olunur…

– Sözümüzü kəsir. Saçların böyümə və inkişaf dövrü 3 mərhələdən ibarətdir:

1) Böyümə mərhələsi: Fərdin başındaki saçların təxminən 90 faizi inkişaf dövründədir. Bu dövr 2-6 il qədər davam etməkdədir.

2) İstirahət mərhələsi: Böyümə mərhələsini izləyən dövrdür. Təxminən 2-3 ay davam edir.

3) Tökülmə mərhələsi: İstirahət mərhələsini tamamlayan və saçlar köklərindən ayrılaraq tökülməsi mərhələsidir. Tökülən saçın kökündən yeni saç inkişafı başlayır və beləcə dövr təkrar başlamış olur.

Kişilərdə saç tökülməsi birinci mərhələdə 25 yaşa, ikinci mərhələdə 40 yaşa, üçüncü mərhələdə 50 yaşa qədər tökülür.

Saçlar ayda 1,5-3 sm qədər uzanır. Yaş ilə birlikdə böyümə sürəti azalır. Gündə 50-100 saç teli tökülməsi normaldır. Əgər bu saydan daha çox tökülmə və saçlarda incəlmə görülsə mütləq müalicə edilməlidir.

– Müasir dövrdə saç əkimi hansı üsullarla həyata keçirilir?

– Hazırda saç əkimi XXI əsrin "qızıl standartı” sayılan Follikulyar Unit Ekstraksiyonu (FUE) üsulu ilə həyata keçirilir. Bu üsulun əsas üstünlüyü odur ki, proses ağrısız və ümumi keyitmə olmadan həyata keçirilir. Yalnız hansı nahiyəyə saç əkiləcəksə, həmin hissələr yerli keyitmə yolu ilə keyidilir. Proses 4-8 saat ərzində icra olunur. Follikulyar Unit Ekstraksiyonu (FUE) metodu ilə saç əkilməsi zamanı ənsə bölgəsindən və ya bədənin başqa bölgələrindən (sinə,kürək) tüklər alınmaqla saç köklərinin graft şəklində saçsız sahəyə yerləşdirilir. Bu əməliyyat zamanı donor (köklərin alındığı verici alan) sahədə kəsik aparılmır, tikiş qoyulmur və əməliyyat sonrası heç bir iz qalmır. Saç kökləri (follikulyar unit) baş dərisinin arxa və yan hissələrindən bir mikromotor köməyi ilə diqqətlə çıxardılır. FUE saç əkiminin ən əhəmiyyətli xüsusiyyəti istifadə olunan mikro mühərrikin ucunda 0,7 ilə 0,9 mm diametrində saç köklərinə zərər vermədən alınması üçün punchın (Pance) olmasıdır. Sac əkilməsində əkiləcək olan saçlar şəxsin öz qıl kökləridir.

– Saç əkdirən xəstələrdə sonradan hər hansı problem meydana gələ bilərmi?

– Biz hər hansı pasiyenti saç əkimi əməliyyatına salırıqsa, ondan əvvəl onun müayinə nəticələrini dərindən təhlil edirik. Qan təhlilləri aparılır, şəkər xəstəliyi, hipertoniya və ya epilepsiya kimi xəstəlikləri, əməliyyatda istifadə olunan keyidici dərmanlara qarşı allerqiyası olub-olmadığı yoxlanılır. Eyni zamanda xəstənin psixolojı problemi olub-olmadığı, buna bağlı psixatrop dərmanlar istifadə edib etmədiyi araşdırılır. Hər şey qaydasındadırsa, biz xəstəni əməliyyata alırıq və ən qısa müddətə onu heç bir problem olmadan saçla təmin edirik.

– Sonda oxuculara nə demək istərdiniz?

– Heç şübhəsiz indiki müasir şəraitdə saçlar olmadan estetik gözəllikdən danışmaq olmaz. Artıq elə bir dövrə gəlib çatmışıq ki, saç əkimi heç bir ağrı olmadan çox qısa müddətə həyata keçirilir. Bir halda ki, saç əkdirmək mümkündür, belə olduğu təqdirdə hər hansı komplekslər yaşamağa da gərək yoxdur. Bu baxımdan mən estetik baxımdan gözəl görünmək istəyən, özünə baxımlı kişiləri həkimə müraciət etməyə dəvət edirəm.

Dr. Şahrud Əhmədzadə ilə əlaqə yaratmaq üçün:

(050) 626-90-90

XƏBƏR LENTİ