12:30 Cümə, 20 Iyul 2018
İDMAN

Şahin Diniyevin oğluna cəza verildi - Dava etdiyi üçün

15:30, 04.04.20187532
Şahin Diniyevin oğluna cəza verildi - Dava etdiyi üçün
AFFA İntizam Komitəsinin iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 21-ci turunun "Qarabağ” - "Keşlə” matçının 60-cı dəqiqəsində "Qarabağ”ın futbolçusu Coşqun Diniyev və "Keşlə”nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.

Futbolçulara verilmiş 3 oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

XƏBƏR LENTİ