08:41 çərşənbə, 19 Iyun 2019
İDMAN

Salah "Liverpul"u təhdid etdi: Yəhudi futbolçu alınsa, klubdan gedəcək

20:11, 26.12.20182323
Salah
Məhəmməd Salah "Liverpul" rəhbərliyini klubdan ayrılmaqla təhdid edib.

Buna səbəb İngiltərə klubunun "Zalsburq"un israilli futbolçusu Munas Dabburla danışıqlara başlaması olub.

"Jerusalem Post" qəzetinin iddiasına görə, oyunlardan əvvəl rəqib komandaların heyətindəki yəhudi futbolçularla görüşməyən Salah Dabburun transferi baş tutacağı halda, "Liverpul"u tərk edəcəyini bildirib. 

Misirli futbolçunun bu davranışına yaxın ətrafı etiraz edib. Dostları ona "Sən peşəkar futbolçusan. Vəzifən futbol oynamaqdı, komandanın kimi transfer edib-etməyəcəyi sənin işin deyil" deyiblər.

Qeyd edək ki, Salah "Bazel"in formasını geyinərkən İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə oyunda ona əl uzadan israilli futbolçularla görüşməkdən imtina etmişdi. Maraqlıdı ki, İsrailin müdafiə naziri Aviqdor Liberman Salahın fanatıdı. Hətta nazir bir müddət əvvəl misirli futbolçunu İsrail ordusunda xidmət etməyə çağırmışdı.
 
qaynarinfo.az
XƏBƏR LENTİ