08:16 Bazar Ertəsi, 25 Iyun 2018
MƏDƏNİYYƏT

Salvador Dalinin qəbri açılacaq

18:58, 26.06.2017721
Salvador Dalinin qəbri açılacaq
Məşhur ispan rəssamı Salvador Dalinin qəbri açılacaq.
 
AZXEBER.COM- un  məlumatına görə, ekqumasiya məhkəmə qərarı ilə baş tutacaq. Rəssamın qalıqlarından DNT analizi üçün nümunə götürüləcək.
 
Bu qərara səbəb isə Pilar Abel adlı 59 yaşlı qadının 2015-ci ildə məhkəmədə qaldırdığı miras davasıdır. O iddia edir ki, anası Antonia Martinez de Aronun rəssamla sevgi münasibətləri olub.
 
Sürrealizmin əsas nümayəndələrindən olan Salvador Dali 1989-cu ildə ölüb. Onun əsərlərinin qiyməti 325 milyon avro dəyərindədir. Hazırda rəssamın ədəbi irsinə İspaniya Krallığı və Salvador Dali fondu sahib çıxıb.
 
trend.az
XƏBƏR LENTİ