22:15 Cümə Axşamı, 25 Aprel 2019
SOSİAL

Salyanda görünməmiş hadisə: Gəlin başqası ilə qaçdı, bəy yeni gəlinlə özünə toy etdi

23:49, 23.08.201831706
Salyanda görünməmiş hadisə: Gəlin başqası ilə qaçdı, bəy yeni gəlinlə özünə toy etdi
Bu gün Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.

AZXEBER.COM "Ölkə.Az"a istinadən xəbər verir ki, hazırda həmin qəsəbədə toy mərasimi keçirən Adil Eyvazov (ad şərtidir) adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində üzləşdiyi vəziyyət onu pis duruma salıb. 

Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib. 

Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb. 

Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.
Oğlanın valideynləri gəlinin başqa bir oğlanla qaçması nəticəsində xeyli maddi ziyana düşdüyünü bildirir. 

Hazırda Salyanın Qaraçala qəsəbəsində bəyin toy mərasimi davam edir.

Qeyd edək ki, gəlin Əliyeva Sona (ad şərtidir) Salyan rayonunun Düzənlik kəndinin sakinidir.
XƏBƏR LENTİ