21:50 Cümə Axşamı, 25 Aprel 2019
DÜNYA

"Samsung" "Apple"yə 1 milyard dolları qəpiklə ödədi - FOTO

17:40, 30.08.20122964
"Apple" ilə məhsulun dizayn və texnologiyasına dair 6 patent mübahisəsini uduzan "Samsung" birinciyə 1 milyard dollar ödəyib. Ən maraqlısı isə budur ki, "Samsung" bu məbləği 5 sentlik qəpiklərlə verib. Nəticədə "Apple"nin ofisinə doğru qəpiklə dolu 30 yük maşını göndərilib.
Qəpiklə dolu olan yük maşınları Kaliforniyadakı ofisə doğru ötən gün yola çıxıblar. Əvvəlcə ofisdəki təhlükəsizlik xidmətinin əməkdaşları bunun səhv olduğunu düşünərək yükü maşından boşaltmaq istəməyiblər. Ancaq sonradan "Samsung" rəhbərliyi rəqib şirkətə telefonla zəng edərək cəriməni məhz belə yolla ödəyəcəklərini bildirib.
Ehtimala görə, maşınlarda 20 milyarddan çox qəpik var. "Samsung"un sədri Li Kun Xi pulu saymaq üçün hələ "Apple"yə çox vaxt lazım olacağını deyib. "Bu pulla avtomatdan içki almaq, ya kompüter ödənişlərində istifadə etmək olar. Mənim üçün heç bir fərqi yoxdur. Biz öhdəliyimizi yerinə yetirdik", - deyə o, "Apple"nin icracı direktoru ilə telefon danışığında bildirib.
XƏBƏR LENTİ