18:56 Cümə, 22 Noyabr 2019
SOSİAL

Samuxda qonşular arasında mübahisə qanla bitdi

10:27, 17.06.20193949
Samuxda qonşular arasında mübahisə qanla bitdi
Samux rayonunun Alıuşağı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Elxan Cəfərovla mübahisə edib. Mübahisə zamanı E.Cəfərov Z.Bayramovu bıçaqlayıb.

Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ